Qəzza mühasirəsini yarmaq üçün nəhəng mülki donanma hazırlanır
https://parstoday.ir/azeri/news/west_asia-i12186-qəzza_mühasirəsini_yarmaq_üçün_nəhəng_mülki_donanma_hazırlanır
Avqust ayının sonunda, Qəzza zolağını aclıq astanasına gətirən sionist rejimin mühasirəsini yarmaq məqsədilə böyük bir mülki donanmanın Qəzzaya doğru hərəkət edəcəyi planlaşdırılır.
(last modified 2025-08-07T04:25:36+00:00 )
Avq 05, 2025 15:18 Asia/Baku
  • Qəzza mühasirəsini yarmaq üçün nəhəng mülki donanma hazırlanır

Avqust ayının sonunda, Qəzza zolağını aclıq astanasına gətirən sionist rejimin mühasirəsini yarmaq məqsədilə böyük bir mülki donanmanın Qəzzaya doğru hərəkət edəcəyi planlaşdırılır.

 

“Əzm” (sumud) adlı qlobal donanmanın üzvləri Tunisdə Fələstin üzrə Birgə Fəaliyyət Qrupu tərəfindən təşkil olunan mətbuat konfransında bildiriblər ki, 44 ölkədən fəallar bu donanmada iştirak üçün qeydiyyatdan keçib.Donanmanın təşkilatçılarından Həyfa Mənsuri deyib: Bu yay onlarla böyük və kiçik qayıq dünyanın müxtəlif limanlarından yola düşəcək və öz növündə tarixdəki ən böyük mülki donanma olaraq Qəzzaya doğru hərəkət edəcək.O əlavə edib: Bu donanmanın əsas məqsədi – Qəzzanın qanunsuz dəniz mühasirəsini yarmaq, humanitar dəhliz yaratmaq və Fələstin xalqına qarşı davam edən soyqırımı ilə mübarizə aparmaqdır.