Xəlil əl-Həyyə: Qəzza müharibəsi başa çatdı / Qəzzə xalqının müqavimətini alqışlanır
https://parstoday.ir/azeri/news/west_asia-i12890-xəlil_əl_həyyə_qəzza_müharibəsi_başa_çatdı_qəzzə_xalqının_müqavimətini_alqışlanır
HƏMAS danışıqlar qrupunun rəhbəri Qəzza müharibəsinin tam başa çatdığını və daimi atəşkəsin başladığını elan edərək, Qəzza xalqının və Fələstin xalqının yanında olan Yəmən, Livan, İraq və İran xalqlarının müqavimətini yüksək qiymətləndirib.
(last modified 2025-10-11T06:41:45+00:00 )
Okt 10, 2025 14:40 Asia/Baku
  • Xəlil əl-Həyyə: Qəzza müharibəsi başa çatdı / Qəzzə xalqının müqavimətini alqışlanır

HƏMAS danışıqlar qrupunun rəhbəri Qəzza müharibəsinin tam başa çatdığını və daimi atəşkəsin başladığını elan edərək, Qəzza xalqının və Fələstin xalqının yanında olan Yəmən, Livan, İraq və İran xalqlarının müqavimətini yüksək qiymətləndirib.

 

Cümə axşamı gecəsi Əl-Cəzirə kanalında yayımlanan çıxışında Xəlil əl-Həyyə Qəzza müharibəsinin tam başa çatdığını və bölgədə daimi atəşkəsin başladığını elan edərək, Qəzzə xalqının İsrail rejiminin təcavüzlərinə qarşı misilsiz müqavimətini qeyd edərkən dedi: “Dünya Qəzza əhalisinin səbri, mətanəti və fədakarlığına mat qaldı”.

 

O, qəzzəlilərin dünyanın indiyədək görmədiyi müharibədən keçdiyini və düşmənin cinayətlərinə və döyüş maşınına qarşı cəsarətlə ayağa qalxdığını vurğulayıb.

 

HƏMAS-ın Qəzzadakı siyasi ofisinin rəhbəri 7 oktyabr əməliyyatı şəhidlərinin, o cümlədən Yəhya Sinvar, Saleh əl-Aruri, İsmayıl Haniyə və Məhəmməd əd-Deyf kimi müqavimət tufanını yayan şəxslər adlandırıb.