Livan hökuməti Ağ Evin “Hizbullahın gələcəyi” ilə bağlı tələbinə qarşı çıxıb
https://parstoday.ir/azeri/news/west_asia-i12996-livan_hökuməti_ağ_evin_hizbullahın_gələcəyi_ilə_bağlı_tələbinə_qarşı_çıxıb
Livanda Cozef Aun hökuməti, ABŞ və İsrail rejiminin “Hizbullahın necə tərksilah edilməli” məsələsinə dair tələblərini qəbul etməyib. Bu mövqe Tel-Əviv və Qərb ekspertləri tərəfindən tənqid və təhdidlərlə qarşılanıb.
(last modified 2025-10-20T09:58:10+00:00 )
Okt 18, 2025 20:53 Asia/Baku
  • Livan hökuməti Ağ Evin “Hizbullahın gələcəyi” ilə bağlı tələbinə qarşı çıxıb

Livanda Cozef Aun hökuməti, ABŞ və İsrail rejiminin “Hizbullahın necə tərksilah edilməli” məsələsinə dair tələblərini qəbul etməyib. Bu mövqe Tel-Əviv və Qərb ekspertləri tərəfindən tənqid və təhdidlərlə qarşılanıb.

 

"Demokratiyanın Müdafiəsi Fondu” yayımladığı hesabatda məsələnin təfərrüatlarına toxunaraq yazıb ki, prezident Cozef Aun tərəfindən səsləndirilən bu rəsmi mövqe Livanın əvvəlki razılaşmalara münasibətində mühüm dəyişiklik deməkdir.

 

Hesabatda, həmçinin, Hizbullahın 2024-cü ilin noyabrı ilə müqayisədə hərbi gücünün artırdığı vurğulanaraq qeyd edilir ki, İsrail rejimi hazırda Hizbullahın hərbi potensialının müharibədən əvvəlki səviyyəyə qaytarılması planı üzrə çalışır.