Sionist rejiminin Suriyanın ərazisinə qarşı təcavüzləri davam edir
Xəbər mənbələri bildiriblər ki, sionist rejiminin qüvvələri bir neçə saat əvvəl Suriyanın cənubundakı bəzi ərazilərə təcavüz ediblər.
Məlumata görə, sionist işğalçı qüvvələr bu gün, çərşənbə günü səhər saatlarında Quneytərə vilayətinin kənd ərazilərində yerləşən Rəzaniyə və Səyda əl-Hanut kəndlərinə daxil olublar.Qeyd olunur ki, ötən gün də 12 hərbi nəqliyyat vasitəsindən ibarət sionist qüvvələr Quneytərə vilayətinin kənd zonasındakı Səyda əl-Hanut kəndinə daxil olub.Bu məlumatlara əsasən, sionist qüvvələr həmin hücum zamanı Quneytərə kənd ərazilərində bir sıra yaşayış evlərini yoxlayıb, eyni zamanda yerli əhaliyə ərzaq yardımı təklif ediblər. Lakin kənd sakinləri bu yardımları qəbul etməyiblər.Son həftə və aylarda sionist rejiminin Suriyanın cənubunda, xüsusilə Quneytərə bölgəsində həyata keçirdiyi hərbi basqınlar demək olar ki, gündəlik hal alıb. Bu hərəkətlər əksər hallarda vətəndaşların saxlanılması və nəzarət-buraxılış məntəqələrinin yaradılması ilə müşayiət olunur ki, bu da yerli əhali arasında narazılığın və ictimai qəzəbin artmasına səbəb olub.Bu arada, Suriyanın mövcud hökuməti dəfələrlə bəyan edib ki, Tel-Əvivə qarşı heç bir təhlükə yaratmır.