Livan Hizbullahının Baş katibi: Əsirlərimizi zindanlarda tək qoymayacağıq
https://parstoday.ir/azeri/news/west_asia-i13642-livan_hizbullahının_baş_katibi_Əsirlərimizi_zindanlarda_tək_qoymayacağıq
Livan Hizbullahının Baş katibi Şeyx Nəim Qasim əsirlər məsələsinin mühüm əhəmiyyətini vurğulayaraq, onların azad edilməsini milli suverenliyin və Livanın azadlıq prosesinin ayrılmaz hissəsi adlandırıb. O, əsirlərin tamamilə azad olunması üçün rəsmi, xalq və beynəlxalq səviyyədə daha ciddi fəaliyyət göstərilməsini tələb edib.
(last modified 2026-01-27T08:54:50+00:00 )
Yan 25, 2026 11:51 Asia/Baku
  • Livan Hizbullahının Baş katibi: Əsirlərimizi zindanlarda tək qoymayacağıq

Livan Hizbullahının Baş katibi Şeyx Nəim Qasim əsirlər məsələsinin mühüm əhəmiyyətini vurğulayaraq, onların azad edilməsini milli suverenliyin və Livanın azadlıq prosesinin ayrılmaz hissəsi adlandırıb. O, əsirlərin tamamilə azad olunması üçün rəsmi, xalq və beynəlxalq səviyyədə daha ciddi fəaliyyət göstərilməsini tələb edib.

 

Şeyx Nəim Qasim Livan hökumətinin fəaliyyətini tənqid edərək vurğulayıb ki, indiyədək hökumət tərəfindən dost ölkələrə və təsirli tərəflərə qarşı münasib addımlar atılmayıb və kifayət qədər təzyiq göstərilməyib. Onun sözlərinə görə, əsirlər məsələsi hökumətin lazımi prioritetləri sırasında yer almır.

O, həmçinin əsirlərin sionist rejimin həbsxanalarından azad edilməsi üçün rəsmi və xalq səviyyəsində daha geniş hərəkatın başladılmasını və beynəlxalq təzyiqlərin tətbiq olunmasını istəyib. təzyiqlərin tətbiq olunmasını istəyib.