Hayfa neft-kimya zavodlarında partlayış; 300 nöqtədə sirenalar işə düşdü
https://parstoday.ir/azeri/news/west_asia-i13848-hayfa_neft_kimya_zavodlarında_partlayış_300_nöqtədə_sirenalar_işə_düşdü
İsrailin yüzlərlə nöqtəsində həyəcan siqnalları səsləndiyi bir vaxtda, İsrail KİV-ləri İranın raketlərinin Hayfadakı obyektlərə düşməsi, genişmiqyaslı elektrik kəsintisi və işğal olunmuş ərazilərin mərkəzində şiddətli partlayış səslərinin eşidilməsi barədə məlumat yayıb.
(last modified 2026-03-20T07:17:57+00:00 )
Mart 20, 2026 11:16 Asia/Baku
  • Hayfa neft-kimya zavodlarında partlayış; 300 nöqtədə sirenalar işə düşdü

İsrailin yüzlərlə nöqtəsində həyəcan siqnalları səsləndiyi bir vaxtda, İsrail KİV-ləri İranın raketlərinin Hayfadakı obyektlərə düşməsi, genişmiqyaslı elektrik kəsintisi və işğal olunmuş ərazilərin mərkəzində şiddətli partlayış səslərinin eşidilməsi barədə məlumat yayıb.

 

İsrail mediası İran tərəfindən atılan raketlərin Hayfa körfəzində yerləşən neft-kimya obyektlərinə dəydiyini və bunun həmin ərazidə güclü partlayışlara səbəb olduğunu bildirib. Bu hücumlarla eyni vaxtda Tel-Əviv, Qüds, Hayfa və işğal olunmuş Colan da daxil olmaqla təxminən 300 nöqtədə xəbərdarlıq siqnalları işə düşüb.

 

Raketlərin zərbəsindən sonra Hayfa körfəzində yerləşən “Kiryat Ata” bölgəsində elektrik kəsilib və İsrail Yayım Təşkilatı da şəhərin bəzi hissələrində genişmiqyaslı elektrik kəsintisinin baş verdiyini təsdiqləyib.