Hizbullah sionist rejimi təhdid etdi - video
https://parstoday.ir/azeri/news/west_asia-i2892-hizbullah_sionist_rejimi_təhdid_etdi_video
 Livan Hizbullahı bu gün "Qüds yolunda" adlı video yayımlayaraq sionist rejimi təhdid edib.
(last modified 2025-06-20T09:02:56+00:00 )
Okt 31, 2023 12:55 Asia/Baku

 Livan Hizbullahı bu gün "Qüds yolunda" adlı video yayımlayaraq sionist rejimi təhdid edib.

 

Bu video Əl-Əqsa məscidi və Qüds şəhərinin görüntüləri ilə başlayır və ardınca İslami Müqavimət Qüvvələrinin son təlimlərinin bir hissəsi göstərilir.

Daha sonra Fələstin müqaviməti və Livanın İslami müqaviməti tərəfindən hazırkı döyüşlər zamanı sionist rejim əsgərlərinin hədəfə alınması və sionistlərin qaçması kadrları göstərilir.

Bu videonun digər hissəsində sionist rejim ordusunun mövqe və bazalarına, avtomobil və tanklarına Kornet raketlərinin atılması göstərilir.

Videonun sonunda Qüds yolunda şəhid olan Livan İslami müqavimət hərəkatının son şəhidlərinin cənazələrinin müşayiət olunmasının görüntüləri göstərilir.