Livandan qəsb olunmuş ərazilərə otuz raket atılıb
Sionist rejim ordusu bildiribdir ki, Livandan qəsb olunmuş ərazilərə otuz raket atılıb.
Sionist rejim ordusu iddia edibdir ki, onun artilleriyası bu raketlərin atıldığı məkanı atəşə tutub.
Livan Hizbullahı da bildiribdir ki, Əl-Rahib sionist mövqenin texniki təchizatlarını münasib silahlarla hədəfə alıb və məhv edibdir.
Belə bir halda, sionist rejim ordusunun artilleriyası Livanın cənubunda yerləşən Bəlida qəsəbəsinin ətrafını hədəfə alıb.
Qeyd edək ki, Əlqəssam batalyonları da bildiribdir ki, sionist rejim ordusunun fələstinlilərə qarşı cinayətlərinə cavab olaraq, işğal olunmuş ərazilərin şimalında yerləşən Hayfanın cənubu və Nəhariyanı Livan səmtindən on altı raketlə hədəfə alıb.
İbridilli medialar xəbər veriblər ki, ilk dəfə olaraq, işğal olunmuş ərazilərin şimal bölgələrinə qarşı hücum dairəsi genişlənibdir.