Yəmənlilərin milyonluq iştirakı ilə Qəzzəyə dəstək aksiyası keçirilib
(last modified Fri, 09 Aug 2024 16:00:55 GMT )
Avq 09, 2024 20:00 Asia/Baku
  • Yəmənlilərin milyonluq iştirakı ilə Qəzzəyə dəstək aksiyası keçirilib

Yəmən xalqı aksiya keçirməklə, Qəzzədə məzlum Fələstin xalqına dəstəyini bir daha elan edib.

Yəmənin Səədə əyaləti bu gün bu ölkə xalqının Fələstini himayə üzrə milyonluq aksiyasının səhnəsi olub.

Bu anti-sionist aksiyanın iştirakçıları Fələstin xalqına dəstək istiqamətində “Cihad döyüşü və vahid istiqamət... Qələbəyədək Qəzzə ilə yanaşı!” şüarı veriblər.

Yəmən Ənsarullah təşkilatının rəhbəri Əbdülməlik Əl-Husi dünən etdiyi çıxışında bu ölkə xalqını məzlum Fələstin xalqını himayə istiqamətində geniş aksiya keçirməyə çağırıb.

Əl-Husi deyib: Sionist rejimin cinayətləri fonunda ardıcıl milyonluq aksiyaların keçirilməsi, tarixdə görünməmiş hadisə olaraq, Yəmən xalqı üçün şərəfli səhifə açacaq.

Teqlər