Bafel Talibani Seyid Həsən Nəsrullahin şəhadəti münasibəti ilə başsağlığı verib
(last modified Sun, 29 Sep 2024 18:38:10 GMT )
Sen 29, 2024 22:38 Asia/Baku
  • Bafel Talibani Seyid Həsən Nəsrullahin şəhadəti münasibəti ilə başsağlığı verib

İraq Kürdüstanı Vətənpərvər Birliyi Partiyasının rəhbəri Bafel Talibani Seyid Həsən Nəsrullahın şəhadəti ilə əlaqədar başsağlığı müraciətində bildirib ki, beynəlxalq ictimaiyyət Fələstin və Livana qarşı təcavüzü dayandırmaq üçün hüquqi və humanitar rolunu yerinə yetirməlidir.

 

Bafel Talibani: Beynəlxalq ictimaiyyəti Fələstin və Livana qarşı təcavüzü dayandırmağa çağırırıqİraq Kürdüstanı Vətənpərvər Birliyi Partiyasının rəhbəri Bafel Talibani Seyid Həsən Nəsrullahın şəhadəti ilə əlaqədar başsağlığı müraciətində bildirib ki, beynəlxalq ictimaiyyət Fələstin və Livana qarşı təcavüzü dayandırmaq üçün hüquqi və humanitar rolunu yerinə yetirməlidir.

Bafel Talibani “X” platformasındakı şəxsi səhifəsində yazdığı mesajda deyib:

“Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullahın şəhid olması xəbərini dərin hüznlə aldıq. Şəhidlərin ailələrinə, Livan xalqına, müsəlmanlara və şəhidlərin dostlarına başsağlığı veririk”.

O, əlavə edib: “Biz beynəlxalq ictimaiyyəti bu qanaxmanın və Fələstinə, Livana və regiona qarşı təcavüzlərin dayandırılmasında hüquqi və humanitar rolunu yerinə yetirməyə çağırırıq və bütün tərəfləri genişmiqyaslı müharibədən qaçmaq üçün maksimum təmkinlə sakit olmağa çağırırıq”.

“Biz İsrailin dinc əhaliyə qarşı törətdiyi bu hərəkətləri və cinayətləri, liderlərin terror edilməini pisləyirik, Allah şəhidlərə rəhmət eləsin, yaralılara tezliklə şəfa versin ”, - deyə Bafel Talibani qeyd edib.

Teqlər