Sionist ordu cənubi Livanı işğal etməkdə çətinliklə üzləşib
(last modified Tue, 01 Oct 2024 08:45:36 GMT )
Okt 01, 2024 12:45 Asia/Baku
  • Sionist ordu cənubi Livanı işğal etməkdə çətinliklə üzləşib

Çərşənbə axşamı səhəri Livanın cənubuna quru hücumunun başladığını elan edən və hətta Livan ərazilərinə nüfuz etdiyini iddia edən İsrail rejimi ordusu livanlı mübarizlərin ciddi müqviməti ilə üzləşib.

 

Təsnim xəbər agentliyinin məlumatına görə, sionist rejim hava və artilleriya hücumlarını gücləndirməklə və Livanın cənubunun Zahiyə və digər bölgələrinə hücum dairəsini genişləndirməklə öz hərbi qüvvələrini Livan ərazilərinə daxil etməyə çalışıb, lakin işğalçı qüvvələr elə sərhəd məntəqəsində ilişib qalıblar.

Məlumatda qeyd olunur ki, sionist medianın Livanın işğal olunmuş Fələstinlə sərhəd bölgəsi yaxınlığında qurudan irəliləyişlə bağlı xəbərləri yalan və əsassızdır.

Bu arada Livan müqaviməti bu gün səhər saatlarında işğal olunmuş Fələstinin şimalına onlarla raket atmaqla sionist əsgərlərin müxtəlif bölgələrdəki mövqelərini məhv edərək sionist əsgərlərin Livan sərhədlərinə yaxınlaşmasının qarşısını alıb.

İsrail rejiminin ordusu iddia edir ki, quru əməliyyatı şimal sakinlərini öz evlərinə qaytarmaq məqsədi ilə həyata keçirilir. Livan müqaviməti dəfələrlə vurğulayıb ki, sionistlərin Qəzzəyə təcavüzü dayanana qədər şimal cəbhəsi fəal olacaq və bu bölgə sionist mühacirlər üçün öz evlərinə qayıtmaq üçün təhlükəli olacaqdır.

Teqlər