Livanın şimalında Fələstin müqavimət qruplaşmasının bir üzvü şəhid olub
(last modified Sat, 05 Oct 2024 06:30:15 GMT )
Okt 05, 2024 10:30 Asia/Baku
  • Livanın şimalında Fələstin müqavimət qruplaşmasının bir üzvü şəhid olub

HƏMAS üzvü ailəsinin üç üzvü ilə birlikdə Livanın şimalında şəhid olub.

 

Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) məlumatlı mənbəsi bu HƏMAS üzvünün sionist rejimin Livanın şimalında Tripoli şəhərində Fələstinin “Əl-Bədəvi” düşərgəsinə PUA hücumu nəticəsində şəhid olduğunu açıqlayıb. 

Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) da verdiyi açıqlamada, bu hərəkatın liderlərindən olan Səid Ətaullah Əlinin həyat yoldaşı və iki uşağı ilə birlikdə bu PUA hücumunda terror edildiyini və şəhid olduğunu açıqlayıb. 

HƏMAS bu bəyanatında sionist rejimin bu cinayətlərin əvəzini ödəyəcəyini vurğulayıb. 

Teqlər