Yəmən sionist rejim ordusuna yeni zərbə endirib
Təl-Əvivdəki baza hipersəs raketlə vurulub
Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi "Fələstin 2" hipersəs ballistik raketi ilə Təl-Əvivin şərqindəki sionist rejim ordusunun bazasına raket hücumunun həyata keçirildiyini xəbər verib.
Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi general-mayor Yəhya Sərii deyib: “Fələstin-2 hipersəs ballistik raketi ilə işğal altındakı Təl-Əviv ərazisinin şərqində düşmən İsrailin hərbi bazasını hədəf alaraq xüsusi hərbi əməliyyat keçirdik”.
Mətbuat katibi bildirib: “Allahın lütfü ilə hipersəs raketi Amerika və İsrailin izləmə sistemlərindən yan keçərək hədəfinə çata bildi”.
Yəhya Sərii qeyd edib ki, bu əməliyyat Əl-Əqsa Tufanı əməliyyatına, məzlum Fələstin və Livan xalqına, onların müqavimətinə dəstək istiqamətində vəd edilmiş qələbə və müqəddəs cihad döyüşünün şiddətlənməsinin beşinci mərhələsi çərçivəsində həyata keçirildi.