İşğal olunmuş Fələstinin şimal bölgəsinə raket zərbələri artır
Hizbullahdan İsrail sakinlərinə: Dərhal tərk edin!
Hizbullah İsrailin şimalındakı 25 yaşayış məntəqəsinin sakinlərindən dərhal evlərini tərk etmələrini tələb edib.
Bu barədə qurumun Teleqram kanalında deyilir: “Kəndləriniz Livana hücum edən hərbi qüvvələrin evinə çevrilib və buna görə də hava və raket zərbələri üçün qanuni hərbi hədəfdir”.
Qeyd edək ki, Hizbullah ilk dəfədir ki, İişğal olunmuş Fələstinin şimalında yaşayan sakinlərə belə xəbərdarlıq göndərir.
Digər bir məlumata görə, İsrailin şimalında “Mossad” kəşfiyyat xidmətinin qərargahına zərbə endirilib.
Bildirilir ki, İraq İslam Müqaviməti Hərəkatı”nın döyüşçüləri Səfad şəhərində Mişar bazasına - İsrailin şimal bölgəsi üzrə əsas kəşfiyyat qərargahına bir neçə raket atıb.