Hizbullahdan sionistlərə xəbərdarlıq: Fələstinin şimalındakı qəsəbələri dərhal boşaldın
Livan İslami Müqaviməti sionist işğalçılara xitabən xəbərdarlıq bəyanatı yayaraq, işğal olunmuş Fələstin ərazilərinin şimalında yerləşən bir sıra qəsəbələri tez bir zamanda boşaltmalı olduqlarını vurğulayıb.
Livan Hizbullahı yayımladığı xəbərdarlıq videosunda bildirib ki, bu qəsəbələr Livana hücum edən sionist hərbçilərin baza və qərargahlarına çevrilib. Nəticədə onlar İslam Müqavimətinin hava və raket qüvvələri üçün qanuni hərbi hədəfə çevriliblər”.
Bu bəyanatda 25 qəsəbənin sionist sakinlərinə xəbərdarlıq edilib və onlardan dərhal bu bölgələri təxliyə etmələri tələb olunub.
Sionist rejim ordusu sentyabrın 23-dən Livanın cənubunda müxtəlif bölgələrə genişmiqyaslı hücumlara başlayıb.
Livan Səhiyyə Nazirliyinin hesabatına görə, bu rejimin Livana hücumları 2 min 653 mülkinin şəhadəti və minlərlə insanın yaralanması ilə nəticələnib.
Öz növbəsində Livan Hizbullahı da mülki əhalinin hədəfə alınması qarşısında səssiz qalmayıb və işğal altındakı Fələstinin şimalında İsrail rejiminin mövqelərinə və sionist sakinli qəsəbələrə qarşı çoxsaylı əməliyyatları aparıb.