Türkiyədə 216 İŞİD-çi saxlanılıb
(last modified Mon, 28 Oct 2024 18:08:03 GMT )
Okt 28, 2024 22:08 Asia/Baku
  • Türkiyədə 216 İŞİD-çi saxlanılıb

Türkiyənin təhlükəsizlik qüvvələri İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 216 nəfəri saxlayıb.

 

bu haqda Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bazar ertəsi məlumat verib.

  "Şübhəlilərin keçmişdə qruplaşmadakı fəaliyyəti və hansı səviyyədə məsuliyyət daşımaları ilə, həmçinin İŞİD-in maliyyələşdirilməsi ilə əlaqələri ilə bağlı araşdırmalar başlayıb", - nazir X sosial şəbəkəsində bildirib.

  Əməliyyat ölkənin paytaxtı Ankara, o cümlədən İstanbul, Antalya və digər vilayətlərdə keçirilib.

  Ankaradakı son terror aktının məsuliyyətinin PKK-nın öz üzərinə görürməsinə baxmayaraq türkiyəli ekspertlər bu terrorun sifarişini Qərb ölkələri və sionist İsrail rejiminin verdiyini bildirmişdilər. İŞİD terror qruplaşmasının qalıqları qərb və sionist rejimin dəstəyi ilə müsəlman xalqlara qarşı terror məqsədi ilə istifadə edilir.