İrəvani İsrail rejiminin UNRWA-ya qarşı qərarını pisləyib
Rəsmi Tehran İsrail rejiminin BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi- UNRWA-nı hədəfə almaq barədəki son qərarını kəskin tərzdə pisləyir. Bunu, İranın BMT-dəki daimi nümayəndəsi bildirib.
İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir-Səid İrəvani yerli vaxtla çərşənbə axşamı günü Təhlükəsizlik Şurasının Fələstin barədəki iclasında vurğulayıb: BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi- UNRWA Qəzzədəki bütün humanitar cavabların onurğa sütunudur. Onun hədəfə alınması, fələstinliləri həyati yardımlardan məhrum və bu böhranda onlara daha bir çətinlik qatını əlavə edəcək.
İranın BMT-dəki səfiri söyləyib: "Aparteid və işğalçı İsrail rejimi beynəlxalq sülh və təhlükəsizlik üçün real təhdiddir"
Təhlükəsizlik Şurasının dönüş nöqtəsində durduğunu bildirən İrəvani vurğulayıbdır ki: Bu orqan ya İsrail rejiminin hərb maşınını durdurmaq və daha artıq təcavüzün, müharibənin və soyqırımın cilovlanması istiqamətində qətiyyətli addım atmalı, ya da ki, dolayısı ilə bu cinayətlərin heç bir nəzarət olmadan davam etməsinə göz yummalıdır.