Türkiyə sionist rejimin cinayətlərini qınamaqda davam edir
(last modified Thu, 31 Oct 2024 07:29:32 GMT )
Okt 31, 2024 11:29 Asia/Baku
  • Türkiyə sionist rejimin cinayətlərini qınamaqda davam edir

Ərdoğan: Netanyahu qlobal sistemin məhvinin sübutudur

 

  SəhərAzəri-nin məlumatına əsasən, Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan bəyan edib ki, beynəlxalq ictimaiyyət İsrailin Qəzzə zolağında zorakılığını dayandırmaq üçün təsirli və çəkindirici tədbirlər görmür.

  Cənab Ərdoğan deyib: “Təəssüf ki, Netanyahu adlı bəşəriyyətin düşməninin qarşısını almaq üçün təsirli və çəkindirici addımlar atılmır. Bu, II Dünya müharibəsindən sonra yaradılmış qlobal sistemin özünü məhv etməsinin ən konkret sübutudur”.

  Türkiyə liderinin sözlərinə görə, Qəzzədə baş verən soyqırım dünyanın bütün maskalarını ortaya çıxardı.