Hayfa Hizbullah raketlərinin atəşi altında
https://parstoday.ir/azeri/news/west_asia-i8312-hayfa_hizbullah_raketlərinin_atəşi_altında
Xəbər mənbələri Hizbullahın işğal altındakı ərazilərə, xüsusilə də "Hayfa" şəhərinə kütləvi raket hücumları barədə məlumat yayıb.
(last modified 2024-11-03T03:44:11+00:00 )
Noy 02, 2024 11:10 Asia/Baku
  • Hayfa Hizbullah raketlərinin atəşi altında

Xəbər mənbələri Hizbullahın işğal altındakı ərazilərə, xüsusilə də "Hayfa" şəhərinə kütləvi raket hücumları barədə məlumat yayıb.

 

Sionist mənbələr Yuxarı Qaliley və Hayfada həyəcan siqnalı çaldığını və Livandan işğal olunmuş ərazilərə 15 raket atıldığını bildirir.

Əl-Məyadin müxbiri, Livan ərazisindən Hayfanın şimalındakı "Kryot" və Safad yaxınlığındakı "İlit Heşaher" ərazilərinə ardıcıl raket hücumlarının həyata keçirildiyini qeyd edib.

Müxbirin sözlərinə görə, Livanın İslam müqaviməti işğalçı qüvvələri geri çəkilməyə məcbur edib və bu qüvvələr Əl-Xiyam sərhəd bölgəsinin şərq və cənub-şərq bölgələrinə yönəlib.