Medvedev: ABŞ müharibə və böhran yaratmaqdan pul qazanır
(last modified Sun, 03 Nov 2024 16:03:11 GMT )
Noy 03, 2024 20:03 Asia/Baku
  • Medvedev: ABŞ müharibə və böhran yaratmaqdan pul qazanır

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini bildirib ki, Amerika Birləşmiş Ştatları böhran yaratmaqla dünyanı idarə etməyə çalışır.

 

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev RT-yə müsahibəsində  əlavə edib: "Amerikalılar həmişə böhran yaratmaqla dünyanı nəzarətdə saxlamağa çalışırlar. Bu məsələ, 20-ci əsrdə açıq şəkildə görünür və 21-ci əsrdə də davam edir. Ona bu sanksiyalarla böhran yaradıblar. Nə baş verir? Hər şey çox sadədir. Amerikalılar pul qazanırlar. Amerika silah tədarükündən və hərbi sənaye kompleksinə pul ayırmaqdan pul qazanır.

  "Bu məsələ səbəb olub ki, ABŞ-da hərbi-sənaye kompleksinin mexanizmi və bir sıra digər iqtisadi mexanizmlər işləyir. Üstəlik, Birləşmiş Ştatlar bir çox Avropa şirkətlərini şirnikləndirir və onlar Amerikaya köçməyə razı olurlar, çünki Avropada işləmək artıq sərfəli deyil", - deyə Medvedev qeyd edib.  

  Medvedev vurğulayıb ki, beləliklə amerikalılar öz istəkləinə çatırlar, amma qan tökülməsi və daha çox qurban bahasına. Buna görə də amerikalılar müharibəni qidalandırmaqla məşğuldurlar. Onlar daima deyirlər ki, siz qanuna əsaslanan nizamı pozursunuz. Amma bunun necə bir nizam olduğunu və kim tərəfindən təsdiqləndiyi bəlli deyil.