İki beynəlxalq insan haqları təşkilatından Azərbaycan hökumətinə çağırış
(last modified Fri, 08 Nov 2024 13:23:13 GMT )
Noy 08, 2024 17:23 Asia/Baku
  • İki beynəlxalq insan haqları təşkilatından Azərbaycan hökumətinə çağırış

"Sərhədsiz reportyorlar" və Jurnalistləri Müdafiə Komitəsi tanınmış siyasi məhbus Polad Aslanovu azad etməyə çağırıblar.

 

Bu məlumata əsasən, "Sərhədsiz reportyorlar" Aslanovun müalicə olunmasını və azadlığa buraxılmasını tələb edib. Öz növbəsində Jurnalistləri Müdafiə Komitəsi Polad Aslanovun səhhətinin pisləşməsindən narahatlığını ifadə edib.

Turan Xəbər Agentliyinin məlumatında deyilir ki, gələn həftə Azərbaycanda keçiriləcək COP29 iqlim konfransı ərəfəsində Jurnalistləri  Müdafiə Komitəsi Polad Aslanovun və həbsdə olan digər 13 azərbaycanlı jurnalistin azadlığa buraxılması üçün çağırışlarını davam etdirir.

Xatırladaq ki, Polad Aslanov 12 iyun 2019-cu il tarixində İranın xeyrinə qondarma casusluq ittihamı ilə həbs olunub. O, 16 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Lakin Aslanov bütün ittihamları təkzib edir, xüsusi xidmət əməkdaşları arasında korrupsiya faktlarını ifşa etdiyinə görə təqib olunduğunu bildirir.

Hüquq müdafiəçiləri isə onu siyasi məhbus kimi tanıyıblar. Beynəlxalq təşkilatlar Aslanovun həbsini pisləyiblər və onu azad etməyə çağırıblar. Sonradan Ali Məhkəmə Aslanovun həbs müddətini 13 ilə qədər azaldıb.