Əmr Musa: İsrailin ekspansionizmi və təcavüzü digər ərəb ölkələrinə də çatacaq
(last modified Sat, 09 Nov 2024 10:26:41 GMT )
Noy 09, 2024 14:26 Asia/Baku
  • Əmr Musa: İsrailin ekspansionizmi və təcavüzü digər ərəb ölkələrinə də çatacaq

 Ərəb Liqasının keçmiş baş katibi Əmr Musa şənbə günü səhər tezdən bildirdi: İsrail genişləməyə can atır və bu rejimin əliuzunluğu digər ərəb ölkələrinə də çatacaq.

 

Əmr Musa bu açıqlamaları moderatorun sionist rejimin və İsrail kabinetinə nəzarət edən ifrat sağçı qrupun ekspansionizminin Fələstin sərhədləri ilə məhdudlaşacaqmı, yoxsa Səudiyyə Ərəbistanı və digər yerlərdə də davam edəcəkmi sualına cavab olaraq verib. 

O, İsrailin ekspansionizminin dayanmayacağına və bu ekspansionizmin Səudiyyə Ərəbistanı başda olmaqla mühüm ərəb ölkələrinə də çatacağına diqqət çəkib. 

Əmr Musa ölkəsi Misirə də toxunub və bildirib ki, İsrailin bu ekspansionizmi Misiri də əhatə edəcək. Məsələn, eyni israillilər bu yaxınlarda Misirdən 2 kilometrlik sərhəd zolağının onlara verilməsini istəyiblər ki, bu da Misir torpağının İsrailə ilhaqının başlanğıcıdır.