Etnik təmizləmə ilə yanaşı, Qəzzanın şimalında aclıq da müşahidə olunur
https://parstoday.ir/azeri/news/west_asia-i8466-etnik_təmizləmə_ilə_yanaşı_qəzzanın_şimalında_aclıq_da_müşahidə_olunur
 Fələstinli Qaçqınlara Yardım və Məşğulluq Agentliyinin (UNRWA) rəhbəri Qəzza zolağının şimalında aclıqla bağlı həyəcan təbili çalıb və bununla bağlı təcili addımların atılmasını istəyib.
(last modified 2024-11-11T03:36:38+00:00 )
Noy 10, 2024 10:57 Asia/Baku
  • Etnik təmizləmə ilə yanaşı, Qəzzanın şimalında aclıq da müşahidə olunur

 Fələstinli Qaçqınlara Yardım və Məşğulluq Agentliyinin (UNRWA) rəhbəri Qəzza zolağının şimalında aclıqla bağlı həyəcan təbili çalıb və bununla bağlı təcili addımların atılmasını istəyib.

 

Filip Lazzarini bir aydan artıqdır İsrail rejimi tərəfindən soyqırım və etnik təmizləməyə şahidlik edən Qəzza zolağının şimalının indi aclıqla üzləşdiyini açıqlayıb. 

O əlavə edib: İsrail aclıqdan silah olaraq istifadə edir və Qəzza xalqını qida da daxil olmaqla, əsas ehtiyaclarından məhrum edir və Qəzzaya gələn yardımlar kifayət etmir və fələstinlilərin gündəlik ehtiyaclarının yalnız 6%-ni ödəyir. 

Lazzarini bununla bağlı təcili addımlar atmağa çağırıb və Qəzzaya humanitar yardımı artırmaq üçün siyasi iradəni zəruri hesab edib.