Netanyahu işğalçı rejimin vəziyyətini daha da pisləşdirir
Sionist medialardan biri 400 günlük müharibə zamanı işğalçı rejim ordusunun təxminən 2 qoşununun məhv edilməsi, minlərlə əsgər çatışmazlığını etiraf edib.
“Maariv” qəzetinin siyasi yazarı Ben Kaspit yazdığı məqalədə bildirib: “İsrail artıq bir ildən çoxdur ki, yeddi cəbhədə regional müharibəyə girib və bununla da ordu təxminən 2 qoşununu itirib”.
Bu məlumata əsasən, müharibənin davam etməsi və sionist ordusunun 400 günlük müharibədə ağır itki verməsi səbəbindən işğalçı rejimin hərbi quruluşunun minlərlə əsgərə ehtiyacı var.
Ben Kaspit sonra yazıb: “Netanyahunun kabinetinin hərəkətləri İsraildə vəziyyəti daha da pisləşdirir. Başqa sözlə, müharibə zamanı kabinet İsrailin xeyrinə deyil, onun əleyhinə fəaliyyət göstərir”.