BMT: İsrail keçən ildən bəri Livanda 136 tibb mərkəzinə hücum edib
https://parstoday.ir/azeri/news/west_asia-i8636-bmt_İsrail_keçən_ildən_bəri_livanda_136_tibb_mərkəzinə_hücum_edib
Birləşmiş Millətlər Təşkilatının sözçüsü İsrail rejiminin ötən ilin oktyabrından (2023) bu yana Livanda 136 tibb mərkəzinə hücum etdiyini açıqlayıb.
(last modified 2024-11-19T07:45:28+00:00 )
Noy 19, 2024 07:34 Asia/Baku
  • BMT: İsrail keçən ildən bəri Livanda 136 tibb mərkəzinə hücum edib

Birləşmiş Millətlər Təşkilatının sözçüsü İsrail rejiminin ötən ilin oktyabrından (2023) bu yana Livanda 136 tibb mərkəzinə hücum etdiyini açıqlayıb.

 

Birləşmiş Millətlər Təşkilatının mətbuat katibi Stefan Dujarrik bazar ertəsi deyib: “Ümumdünya Səhiyyə Təşkilatı ötən ilin oktyabr ayından Livanda tibb mərkəzlərinə 136 hücumun edildiyini bildirir. Bu hücumlar tibb mərkəzi işçiləri arasında 212 nəfərin ölümünə səbəb olub, onlardan 70-i təkcə son bir həftədə öldürülüb.” 

BMT sözçüsü bildirib: “BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi (OCHA) məlumat yayıb ki, Livanda mülki əhali, yardım işçiləri və səhiyyə işçiləri ölkə daxilində artan hücumlardan təsirlənməkdə davam edir.”