Hizbullah ilk dəfə Qolandakı Əl-Furan bazasına raket zərbəsi endirib
https://parstoday.ir/azeri/news/west_asia-i8732-hizbullah_ilk_dəfə_qolandakı_Əl_furan_bazasına_raket_zərbəsi_endirib
 Livan Hizbullahı sionist rejim ordusunun Suriyanın işğal altında olan Qolan bölgəsindəki “Əl-Furan” bazasına ilk dəfə raket zərbəsi endirdiyini bildirib.
(last modified 2026-04-08T07:08:49+00:00 )
Noy 25, 2024 17:33 Asia/Baku
  • Hizbullah ilk dəfə Qolandakı Əl-Furan bazasına raket zərbəsi endirib

 Livan Hizbullahı sionist rejim ordusunun Suriyanın işğal altında olan Qolan bölgəsindəki “Əl-Furan” bazasına ilk dəfə raket zərbəsi endirdiyini bildirib.

 

Hizbullah Əl-Furan bazasının sionist rejimin quru qoşunları və Suriyaya qarşı hazırlıqlarının mərkəzi olduğunu vurğulayıb.Livan İslami Müqaviməti həmçinin elan edib: “Biz bir gün ərzində işğal olunmuş ərazilərə 350 raket atdıq, onlardan 17-si Təl-Əvivi hədəfə aldı. Bu raket hücumu nəticəsində dörd milyon sionist köçkün sığınacaqlara qaçmaq məcburiyyətində qaldı.”Hizbullah qeyd edib ki, onun döyüşçüləri bazar ertəsi günorta saat 15:20-də Livanın cənubundakı Əl-Xəyam şəhərinin cənubunda işğalçı qüvvələrin yerləşdiyi yerə bir neçə raket zərbəsi endibiblər.İslami Müqavimətin bildirdiyinə görə, işğalçı ordunun 1 ədəd Merkava tankını Livanın cənubundakı Şəm kəndinin qərbindəki idarə olunan raketlə hədəfə alıb, nəticədə tank məhv edilib və hərbi ekipajı ölüb və yaralanıb.