Livan Hizbullahı İranın diplomatik addımlarını yüksək qiymətləndirib
https://parstoday.ir/azeri/news/west_asia-i8766-livan_hizbullahı_İranın_diplomatik_addımlarını_yüksək_qiymətləndirib
 Livan Hizbullah Hərəkatı bəyanat yayaraq, İran İslam Respublikasının Livan xalqına, hökumətinə və müqavimətinə hərtərəfli dəstəyi və ölkəmizin Xarici İşlər nazirinin diplomatik addımlarını yüksək qiymətləndirib.
(last modified 2024-11-28T06:25:29+00:00 )
Noy 28, 2024 10:09 Asia/Baku
  • Livan Hizbullahı İranın diplomatik addımlarını yüksək qiymətləndirib

 Livan Hizbullah Hərəkatı bəyanat yayaraq, İran İslam Respublikasının Livan xalqına, hökumətinə və müqavimətinə hərtərəfli dəstəyi və ölkəmizin Xarici İşlər nazirinin diplomatik addımlarını yüksək qiymətləndirib.

 

Livan Hizbullahı bu ölkəyə qarşı sionist rejimin təcavüzünün dayanmasının ardınca, bəyanat yayaraq İslam İnqilabının Ali Rəhbəri başda olmaqla, İran İslam Respublikasının hərtərəfli dəstəyini və Xarici İşlər naziri Seyid Abbas Əraqçinin Beyruta səfəri ilə başlayan diplomatik fəaliyyətləri yüksək qiymətləndirib və təşəkkür edib.

 

Bu bəyanatın bir hissəsində bildirilir: “Livan İslami müqavimətinə bütün sahələrdə göstərdiyi mütləq dəstəyə görə İslam İnqilabının Ali Rəhbəri başda olmaqla, İran İslam Respublikasına, Xarici İşlər naziri cənab Əraqçinin, onun nümayəndəsi Şeybaninin, İslami Şura Məclisinin sədri Qalibafın və Rəhbərin baş müşaviri Laricaninin İsrail rejiminin təcavüzü zamanı ardıcıl səfərlərində aydın görünən dəstəyə görə, sonsuz təşəkkürümüza bildiririk.”

 

Bəyanatın başqa bir hissəsində İranın Livandakı səfiri təqdir olunur: “Sionist rejimin təcavüzü nəticəsində İranın Livandakı səfirinin yaralanması, eləcə də keçmiş Xarici İşlər naziri şəhid Əmir Abdullahiyanın səfərlərini unutmayacağıq və İslam İnqilabı Keşikçiləri Korpusunun komandirinin verdiyi güclü dəstəyə görə minnətdarıq.”