Bəşər Əsədin süqutundan sonra sionist ordusu Suriyaya daxil olub
https://parstoday.ir/azeri/news/west_asia-i8944-bəşər_Əsədin_süqutundan_sonra_sionist_ordusu_suriyaya_daxil_olub
Suriya rejiminin süqutunun elan edilməsindən sonra xəbər mənbələri sionist rejim ordusunun bu ölkə ərazisində irəliləyişindən xəbər veriblər.
(last modified 2024-12-08T05:11:42+00:00 )
Dek 08, 2024 09:10 Asia/Baku
  • Bəşər Əsədin süqutundan sonra sionist ordusu Suriyaya daxil olub

Suriya rejiminin süqutunun elan edilməsindən sonra xəbər mənbələri sionist rejim ordusunun bu ölkə ərazisində irəliləyişindən xəbər veriblər.

 

Sionist mənbələr İsrail ordusunun tanklarının bu gün səhər saatlarında işğal altındakı Qolan sərhəd hasarını keçərək Suriya ərazisinə daxil olduqlarını bildiriblər.

Bu mənbələr əlavə edib ki, İsrail rejiminin ordu qüvvələri öz tankları ilə birlikdə Suriyanın cənubundakı Quneytra bölgəsinə daxil olub.

Sionist rejimin xəbər mənbələri əlavə ediblər ki, bu rejim ordusu Colandakı silah anbarlarına hücum edib.