Şərqi Təl-Əvivdə anti-sionist əməliyyatı - Bir sionist yaralanıb
https://parstoday.ir/azeri/news/west_asia-i8972-Şərqi_təl_Əvivdə_anti_sionist_əməliyyatı_bir_sionist_yaralanıb
İvrit dilli mənbələr Təl-Əvivin şərqində işğal olunmuş Fələstinin mərkəzində anti-sionist əməliyyatların baş verdiyini bildirib.
(last modified 2024-12-12T05:54:53+00:00 )
Dek 11, 2024 09:22 Asia/Baku
  • Şərqi Təl-Əvivdə anti-sionist əməliyyatı - Bir sionist yaralanıb

İvrit dilli mənbələr Təl-Əvivin şərqində işğal olunmuş Fələstinin mərkəzində anti-sionist əməliyyatların baş verdiyini bildirib.

 

Beni Barak bölgəsinin Heşomir prospektində həyata keçirilən bu anti-sionist əməliyyatında bir fələstinli gənc avtomobillə 21 yaşlı sionistin üstünə keçib və o, dərhal Təl-Əvivin Moeini Hişua xəstəxanasına aparılıb.

Sionist polisi bununla bağlı bir nəfəri həbs etdiklərini açıqlayıb.

Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) bununla bağlı verdiyi açıqlamada Tel-Əvivdə avtomobillə adam vurma əməliyyatı müqavimətinin davam etdiyini və işğal olunmuş Fələstin torpaqlarında düşməni dərində vurmağa qadir olduğunu vurğuladı.