Sionist rejimin Suriyanın üç bölgəsinə yeni hücumlar edib
https://parstoday.ir/azeri/news/west_asia-i8998-sionist_rejimin_suriyanın_üç_bölgəsinə_yeni_hücumlar_edib
 Sionist rejim qırıcıları Suriyaya hücumlarının davamı olaraq bu ölkənin qərbində yerləşən Həmadakı bəzi bölgələri və bu ölkənin cənubunda Dəməşq və Suveydanın bəzi bölgələrini bombalayıblar.
(last modified 2024-12-17T07:14:09+00:00 )
Dek 14, 2024 10:38 Asia/Baku
  • Sionist rejimin Suriyanın üç bölgəsinə yeni hücumlar edib

 Sionist rejim qırıcıları Suriyaya hücumlarının davamı olaraq bu ölkənin qərbində yerləşən Həmadakı bəzi bölgələri və bu ölkənin cənubunda Dəməşq və Suveydanın bəzi bölgələrini bombalayıblar.

 

Sionist rejim qırıcıları şənbə günü səhər Suriyanın qərbində Həmanın qərbində yerləşən Masyaf bölgəsindəki hərbi bazanı bombalayıblar. 

Sionist rejim qırıcıları Suriyanın paytaxtı Dəməşq ətrafını da hədəfə alıblar. 

Suriya İnsan Haqları Müşahidə Qrupu da İsrail ordusunun Dəməşqdə Suriyanın dördüncü diviziyasının qərargahını güclü partlayıcı raketlərlə hədəfə aldığını bildirib. 

Bu xəbərə görə, İsrail ordusu bir sıra yeni hücumlarda Suriyanın cənubundakı Suveyda şəhərinin yaxınlığındakı Qasyun dağı yüksəkliklərini və Xəlxələ hava limanını bombalayıb.