Minlərlə tunisli Qəzza xalqına dəstək üçün ölkə paytaxtında yürüş keçirib
https://parstoday.ir/azeri/news/west_asia-i9000-minlərlə_tunisli_qəzza_xalqına_dəstək_üçün_ölkə_paytaxtında_yürüş_keçirib
 Minlərlə tunisli cümə günü Qəzzada Fələstin xalqı ilə həmrəylik nümayişi keçirib və Fələstin əl-Qəssam briqadalarının üzvü olan tunisli uçuş mühəndisi Məhəmməd Əl-Zəvarinin terror edlməsinin ildönümü münasibətilə nümayiş keçirib.
(last modified 2024-12-17T07:14:10+00:00 )
Dek 14, 2024 10:40 Asia/Baku
  • Minlərlə tunisli Qəzza xalqına dəstək üçün ölkə paytaxtında yürüş keçirib

 Minlərlə tunisli cümə günü Qəzzada Fələstin xalqı ilə həmrəylik nümayişi keçirib və Fələstin əl-Qəssam briqadalarının üzvü olan tunisli uçuş mühəndisi Məhəmməd Əl-Zəvarinin terror edlməsinin ildönümü münasibətilə nümayiş keçirib.

 

Fələstinə dəstək nümayiş etdirən nümayişçilər “Şəhid əz-Zəvarinin vəsiyyətindən qafil olmayacağıq”, “Fələstin məsələsindən geri çəkilməyəcəyik” və “Qəzzə yanır, milyardlıq İslam ümməti, rüsvayçılıq, rüsvayçılıq” kimi şüarlar səsləndiriblər. 

Tunisdəki “Ənsar Fələstin” dərnəyinin üzvü Murad Əl-Yəqubi deyib: Bu dərnəyin hər həftə təşkil etdiyi yürüş və mitinq azad tunislilərin Fələstin məsələsinə bağlılığını göstərir. 

O əlavə edib: Əl-Qəssam Briqadalarının Tunisli üzvü Məhəmməd Əl-Zəvarinin anım mərasiminin keçirilməsi ərəblər və bütün azad insanlar üçün şərəfdir. 

Tunisdəki "Ənsar Fələstin Dərnəyi"nin üzvü dedi: Əl-Zəvari ömrünü ixtiralarla keçirmiş və düşmənə zərər verən intiharçı pilotsuz təyyarələr yaratmaqla müqavimətə ən böyük hədiyyəni vermiş bir mühəndisdir.