Səna: Yəmənə qarşı təcavüz artdıqca cavab variantları da artacaq
https://parstoday.ir/azeri/news/west_asia-i9038-səna_yəmənə_qarşı_təcavüz_artdıqca_cavab_variantları_da_artacaq
Yəmən Ali Siyasi Şurasının üzvü bu gün (çərşənbə axşamı) səhər saatlarda ölkəsinə qarşı hücumlara münasibət bildirərək, Amerika və İngiltərəni bu hücumların genişlənməsi ilə bağlı xəbərdarlıq edib.
(last modified 2024-12-18T04:07:58+00:00 )
Dek 17, 2024 16:05 Asia/Baku
  • Səna: Yəmənə qarşı təcavüz artdıqca cavab variantları da artacaq

Yəmən Ali Siyasi Şurasının üzvü bu gün (çərşənbə axşamı) səhər saatlarda ölkəsinə qarşı hücumlara münasibət bildirərək, Amerika və İngiltərəni bu hücumların genişlənməsi ilə bağlı xəbərdarlıq edib.

 

Yəmən Ali Siyasi Şurasının üzvü və Ənsarullah Hərəkatının liderlərindən olan Məhəmməd Əli əl-Husi “Əl-Məyadin” telekanalına müsahibəsində deyib: “Əməliyyatımız davam edir, amerikalıların və ya digər tərəflərin heç bir hərəkəti bizim üçün əhəmiyyət daşımır.”

 

“Yəmənə qarşı təcavüzkar hücumlar pislənir və Yəmən xalqı onlara cavab verməkdən əl çəkmir və döyüşümüz davam edir” - deyə, o, əlavə edib.

 

Əl-Husi vurğulayıb: “Təcavüz artdıqca qarşımızda daha çox seçim dayanır və Müdafiə Nazirliyi tərəfindən təcavüzlə mübarizə üçün plan hazırlanıb.”