Qəzzanın şimalında 77 gündə 60 sionist hərbçi məhv edilib
https://parstoday.ir/azeri/news/west_asia-i9084-qəzzanın_şimalında_77_gündə_60_sionist_hərbçi_məhv_edilib
Sionist rejim Qəzzə müharibəsinin 442-ci günündə bu bölgənin sakinlərinə qarşı hücumlarını və qəddar hərəkətlərini davam etdirir.
(last modified 2024-12-22T07:55:48+00:00 )
Dek 21, 2024 10:54 Asia/Baku
  • Qəzzanın şimalında 77 gündə 60 sionist hərbçi məhv edilib

Sionist rejim Qəzzə müharibəsinin 442-ci günündə bu bölgənin sakinlərinə qarşı hücumlarını və qəddar hərəkətlərini davam etdirir.

 

İşğalçıların Fələstinlilərin evlərini hədəf alma siyasətinə uyğun olaraq Qəzzanın şimalında yerləşən Cəbəliyyə əl-Bələddə bir evi bombalaması nəticəsində 7-si uşaq olmaqla 10 fələstinlinin şəhid olması ilə yanaşı Qəzzadakı müharibə 442-ci gününə qədəm qoyub.

Əl-Ərəbi əl-Cədid məlumat verib: Eyni zamanda, HƏMAS ötən 77 gündə Qəzzə zolağının şimalında sionist rejim ordusuna qarşı hərbi əməliyyatlar zamanı 401-ci briqadanın komandiri də daxil olmaqla, 60 işğalçı hərbçi və zabitin həlak olduğunu elan edib.