Yəmənin "Fələstin 2" raketi Təl-Əvivin mərkəzini vurub
https://parstoday.ir/azeri/news/west_asia-i9088-yəmənin_fələstin_2_raketi_təl_Əvivin_mərkəzini_vurub
Yəmən silahlı qüvvələrinin sözçüsü “Fələstin 2” ballistik raketi ilə Təl-Əvivin mərkəzinə raket hücumu edildiyini açıqlayıb.
(last modified 2024-12-21T07:00:50+00:00 )
Dek 21, 2024 11:00 Asia/Baku
  • Yəmənin

Yəmən silahlı qüvvələrinin sözçüsü “Fələstin 2” ballistik raketi ilə Təl-Əvivin mərkəzinə raket hücumu edildiyini açıqlayıb.

 

Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səri bu şənbə səhəri verdiyi açıqlamada “Fələstin 2” ultrasəs ballistik raketi ilə Yaffada (Təl-Əviv) hərbi hədəfi məhv etdiklərini açıqlayıb.

Bu bəyanatda bildirilir ki, sionist rejimin hava hücumundan müdafiəsi Yəməndən atılan ultrasəs raketinin qarşısını ala bilməz.

Bu bəyanatın bir hissəsində bu hücumun Fələstin xalqına dəstək və sionist rejimin Qəzzə xalqına qarşı cinayətlərinə cavab vermək, həmçinin sionist rejimin Yəmənə qarşı təcavüzünə cavab vermək çərçivəsində həyata keçirildiyi bildirilir.