Yəmən hökumətinin sözçüsü: Amerika qırıcısının vurulması Yəmən xalqının gücünü göstərdi
https://parstoday.ir/azeri/news/west_asia-i9122-yəmən_hökumətinin_sözçüsü_amerika_qırıcısının_vurulması_yəmən_xalqının_gücünü_göstərdi
Yəmən hökumətinin Mətbuat katibi və İnformasiya naziri deyib: “Sənaya hücumdan sonra Qırmızı dənizdə Amerika qırıcısının vurulması təsadüfi deyil, Yəmən xalqının həlledici gücünü göstərən hadisədir.”
(last modified 2024-12-24T06:45:29+00:00 )
Dek 23, 2024 11:14 Asia/Baku
  • Yəmən hökumətinin sözçüsü: Amerika qırıcısının vurulması Yəmən xalqının gücünü göstərdi

Yəmən hökumətinin Mətbuat katibi və İnformasiya naziri deyib: “Sənaya hücumdan sonra Qırmızı dənizdə Amerika qırıcısının vurulması təsadüfi deyil, Yəmən xalqının həlledici gücünü göstərən hadisədir.”

Haşim Əhməd Əbdürrəhman Şərəfuddin “Səba” xəbər agentliyinə müsahibəsində əlavə edib: “Silahlı Qüvvələrimizin hücumları nəticəsində Amerika təyyarədaşıyıcılarının Yəməndən uzaqlaşmaq üçün qaçmasının davam etməsi Yəmən xalqına hücum etməyi düşünən hər kəs üçün kifayət edən bir mesajdır.”Yəmən hökumətinin mətbuat katibi bildirib: “Allahın lütfü ilə, Amerika, İngiltərə və müvəqqəti İsrail rejiminə qarşı ardıcıl qələbələrimiz bütün dünyaya sübut edir ki, Yəmən xalqına qarşı hər hansı təcavüz cəzasız qalmır.”