HƏMAS: Qüdsdə anti-sionist əməliyyatı soyqırıma təbii cavabdır
https://parstoday.ir/azeri/news/west_asia-i9130-hƏmas_qüdsdə_anti_sionist_əməliyyatı_soyqırıma_təbii_cavabdır
 HƏMAS işğal olunmuş Qüdsün şimal-şərqində anti-sionist əməliyyatı alqışlayıb və bunu sionist rejimin cinayətlərinə və fələstinlilərə qarşı soyqırımına təbii cavab hesab edib.
(last modified 2024-12-24T02:41:06+00:00 )
Dek 24, 2024 06:38 Asia/Baku
  • HƏMAS: Qüdsdə anti-sionist əməliyyatı soyqırıma təbii cavabdır

 HƏMAS işğal olunmuş Qüdsün şimal-şərqində anti-sionist əməliyyatı alqışlayıb və bunu sionist rejimin cinayətlərinə və fələstinlilərə qarşı soyqırımına təbii cavab hesab edib.

 

HƏMAS işğal olunmuş Qüdsün şimal-şərqində anti-sionist əməliyyatına münasibət bildirdiyi bəyanatda qeyd edib ki, İordan çayının qərb sahilində müqavimət davam edir və işğalçı rejimin terroru və ciddi təhlükəsizlik tədbirləri müqaviməti heç vaxt dayandıra bilməyəcək.

HƏMAS vurğulayıb: “İşğal olunmuş Qüdsün şimal-şərqində yerləşən Həzma keçidində anti-sionist əməliyyat işğalçıların cinayətlərinə, o cümlədən Qəzzə zolağında Fələstin xalqına qarşı soyqırım müharibəsinə, İordan çayının qərb sahilində fələstinlilərin köçürülməsi planlarına və sionist mühacirlərin Əl-Əqsa məscidinə təcavüzünə təbii cavabdır.”

HƏMAS-ın bəyanatında əlavə edilib: “Bu əməliyyat işğalçı rejimin ifrat kabinetinə və onun nazirlərinə Qüds, İordan çayının qərb sahili, işğal olunmuş ərazilər və bütün Fələstin ərazisinin işğalçıların və müstəmləkəçilik planlarının onların boğazında sümük olaraq qalacağına dair bir mesajdır.”