Sionist rejimin müharibə naziri: “Əsəd hökumətini biz devirdik”
https://parstoday.ir/azeri/news/west_asia-i9140-sionist_rejimin_müharibə_naziri_Əsəd_hökumətini_biz_devirdik
Sionist rejimin müharibə naziri bazar ertəsi axşam etiraf edib ki, "Heyət Təhrir əş-Şam" üsyançıları tərəfindən Suriya hökumətinin devrilməsinin arxasında Tel-Əviv dayanır.
(last modified 2024-12-25T07:12:00+00:00 )
Dek 24, 2024 10:38 Asia/Baku
  • Sionist rejimin müharibə naziri: “Əsəd hökumətini biz devirdik”

Sionist rejimin müharibə naziri bazar ertəsi axşam etiraf edib ki, "Heyət Təhrir əş-Şam" üsyançıları tərəfindən Suriya hökumətinin devrilməsinin arxasında Tel-Əviv dayanır.

 

Müvəqqəti sionist terrorçu rejimi əvvəllər Suriyadakı terrorçular və üsyançılarla hər hansı əlaqəni inkar etdiyi halda, Təl-Əviv nəhayət bu əlaqəni etiraf edib. 

Qüdsü işğal edən rejiminin müharibə naziri İsrail Katz çərşənbə günü axşam saatlarında etiraf edib ki, Heyət Təhrir əş-Şam üsyançıları tərəfindən Suriyada Bəşər Əsəd hökumətinin devrilməsinin arxasında Təl-Əviv dayanır. 

Nazirlikdə keçirilən mərasimdə çıxış edən Katz deyib: “HƏMAS-ı məğlub etdik, Hizbullahı məğlub etdik, Əsəd rejimini devirdik, əl-Sinvar, Haniyə, Nəsrullah və digərləri ilə etdiyimiz kimi Husilərə də hücum edib liderlərini terror edəcəyik”.