Əl-Qəssam Briqadalarının sionist əsgərlər üçün yeni pusqusu
https://parstoday.ir/azeri/news/west_asia-i9152-Əl_qəssam_briqadalarının_sionist_əsgərlər_üçün_yeni_pusqusu
Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) hərbi qolu olan Əl-Qəssam Briqadaları Qəzzə zolağının şimalında uğurlu pusqularının videosunu yayıb.
(last modified 2024-12-26T05:59:44+00:00 )
Dek 24, 2024 19:49 Asia/Baku
  • Əl-Qəssam Briqadalarının sionist əsgərlər üçün yeni pusqusu

Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) hərbi qolu olan Əl-Qəssam Briqadaları Qəzzə zolağının şimalında uğurlu pusqularının videosunu yayıb.

 

İzzəddin Əl-Qəssam Briqadaları “İlan ovu” adlı videoda sionist rejim hərbçiləri üçün iki mərhələli pusqu qurduğunu xəbər verib.

 

HƏMAS döyüşçüləri sionist rejim əsgərlərini Qəzzə zolağının şimalında Beyt-Lahiyənin şərqindəki “Əl-Təlim” meydanı yaxınlığındakı əraziyə çəkərək onlardan bir neçəsini öldürüblər.

 

Əl-Qəssam qüvvələri sionist rejim əsgərlərini pusqu bölgəsinə çəkdikdən sonra əvvəlcədən təyin edilmiş bombaların partlaması ilə iki mərhələdə onları ağır itkilərə məruz qoyublar.