HƏMAS rəsmisi: İşğalçı rejim tam atəşkəsi qəbul etməkdən imtina edir
https://parstoday.ir/azeri/news/west_asia-i9192-hƏmas_rəsmisi_İşğalçı_rejim_tam_atəşkəsi_qəbul_etməkdən_imtina_edir
 Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) yüksək rütbəli üzvü Usamə Həmdan bəyanat verərək bildirib ki, işğalçı rejim tam atəşkəsi və Qəzza zolağından geri çəkilməyi qəbul etmir.
(last modified 2024-12-29T06:45:20+00:00 )
Dek 28, 2024 09:48 Asia/Baku
  • HƏMAS rəsmisi: İşğalçı rejim tam atəşkəsi qəbul etməkdən imtina edir

 Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) yüksək rütbəli üzvü Usamə Həmdan bəyanat verərək bildirib ki, işğalçı rejim tam atəşkəsi və Qəzza zolağından geri çəkilməyi qəbul etmir.

 

Həmdan Əl-Cəzirə kanalına verdiyi müsahibədə əlavə edib: Biz tam atəşkəs və əsirlərin mübadiləsini ehtiva edən bir plan hazırlayıb təqdim etdik, lakin sionist rejim bunu qəbul etmədi.

O dedi: İşğalçı rejim razılaşma yoluna maneə yaradır və Benyamin Netanyahu bütün sionist əsirləri öldürməklə bu işdən xilas olmaq istəyir.

Həmdan əlavə edib: Əvvəllər biz də işğalçı rejim ordusunun Qəzza zolağından tədrici və mərhələli şəkildə çıxarılması planı ilə razılaşdıq, lakin İsrail bu həll yolunu rədd etdi.