Yəmən sionist rejimin Nəvatim hava bazasına raket zərbəsi endirdi
https://parstoday.ir/azeri/news/west_asia-i9208-yəmən_sionist_rejimin_nəvatim_hava_bazasına_raket_zərbəsi_endirdi
Yəmən Silahlı Qüvvələri "Fələstin 2" hipersəs raketi ilə işğal olunmuş Fələstinin cənubundakı Negev bölgəsində yerləşən sionist rejimin Nəvatim hava bazasına raket zərbəsi endirdiyini açıqlayıb.
(last modified 2024-12-29T06:13:50+00:00 )
Dek 28, 2024 18:13 Asia/Baku
  • Yəmən sionist rejimin Nəvatim hava bazasına raket zərbəsi endirdi

Yəmən Silahlı Qüvvələri "Fələstin 2" hipersəs raketi ilə işğal olunmuş Fələstinin cənubundakı Negev bölgəsində yerləşən sionist rejimin Nəvatim hava bazasına raket zərbəsi endirdiyini açıqlayıb.

 

Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi general-mayor Yəhya Sərii bildirib: “Raket qüvvələri hərbi əməliyyat həyata keçirərək sionist işğalçı ordusunun Nəvatim hava bazasını “Fələstin 2” səsdən sürətli raketi ilə hədəfə aldı. Sözügedən raket təyin olunmuş hədəfi vurdu.” 

 

Yəhya Sərii əlavə edib: “Qəzzə zolağında düşmənin cinayətlərinin davam etməsinə cavab olaraq, Yəmən Silahlı Qüvvələri Qəzzə zolağı və İordan çayının qərb sahilindəki mücahidlərə raket və pilotsuz təyyarə ilə dəstək verməkdə dini, mənəvi və humanitar vəzifəsini yerinə yetirməyə davam edəcək.”