HƏMAS: Sionist rejimin şəhid İsmayıl Həniyyənin qətli ilə bağlı iddiaları yalandır
https://parstoday.ir/azeri/news/west_asia-i9224-hƏmas_sionist_rejimin_şəhid_İsmayıl_həniyyənin_qətli_ilə_bağlı_iddiaları_yalandır
HƏMAS bəyanat yayaraq, sionist rejimin HƏMAS-ın Siyasi Ofisinin rəhbəri şəhid İsmayıl Həniyyəyə qarşı terror əməliyyatının təfərrüatları ilə bağlı iddialarını təkzib edib.
(last modified 2024-12-29T07:11:41+00:00 )
Dek 29, 2024 11:10 Asia/Baku
  • HƏMAS: Sionist rejimin şəhid İsmayıl Həniyyənin qətli ilə bağlı iddiaları yalandır

HƏMAS bəyanat yayaraq, sionist rejimin HƏMAS-ın Siyasi Ofisinin rəhbəri şəhid İsmayıl Həniyyəyə qarşı terror əməliyyatının təfərrüatları ilə bağlı iddialarını təkzib edib.

 

HƏMAS-ın bəyanatında bildirilir: “Sionist rejimin şəhid Həniyyənin Tehrandakı rəsmi iqamətgahında bombadan istifadə edilərək terror edilməsi iddiası tamamilə əsassızdır.

HƏMAS və İran İslam Respublikasının təhlükəsizlik orqanlarının birgə araşdırması bunu göstərib ki, bu əməliyyat şəhid Həniyyənin mobil telefonunu birbaşa hədəfə alan 7,5 kq ağırlığında idarə olunan raketin atılması ilə həyata keçirilib.”

HƏMAS vurğulayıb: “Bu iddialar sionist rejimin İran İslam Respublikasının suverenliyini pozaraq onun rəsmi qurumlarından birini hədəfə alan açıq-aşkar cinayətindən ictimai rəyi yayındırmaq üçün nəticəsiz cəhddir.”