Sionist rejim Qəzzada 1091 fələstinli körpəni qətlə yetirib
https://parstoday.ir/azeri/news/west_asia-i9264-sionist_rejim_qəzzada_1091_fələstinli_körpəni_qətlə_yetirib
 Fələstin hökumətinin Qəzzadakı informasiya idarəsinin direktoru sionist rejimin 2023-cü il oktyabrın 7-dən Qəzzada 1091 fələstinli körpəni şəhid etdiyini elan edib.
(last modified 2025-01-01T06:58:27+00:00 )
Yan 01, 2025 10:55 Asia/Baku
  • Sionist rejim Qəzzada 1091 fələstinli körpəni qətlə yetirib

 Fələstin hökumətinin Qəzzadakı informasiya idarəsinin direktoru sionist rejimin 2023-cü il oktyabrın 7-dən Qəzzada 1091 fələstinli körpəni şəhid etdiyini elan edib.

 

Fələstinin “Məən” xəbər agentliyi Qəzzada hökumətin informasiya idarəsinin direktoru İsmayıl əs-Səvabatəyə istinadən yazıb: Sionist rejim 2023-cü il oktyabrın 7-dən Qəzzada 1091 fələstinli körpəni şəhid edib. Bu saydan 238 körpə İsrail rejiminin Qəzza sakinlərinə qarşı apardığı soyqırım müharibəsi zamanı doğulub və şəhid olub. 

Əs-Səvabatə sionist rejimin Qəzzədə körpələrin hədəfə alınmasını açıq-aşkar müharibə cinayəti hesab edib və beynəlxalq ictimaiyyəti bu məsələ ilə bağlı təcili araşdırmaya başlamağı və bu hücumlara görə məsuliyyət daşıyanların mühakimə olunmasını istəyib.