Sionist ordu Livanın cənubundakı Bəni Həyyan və Mərkəbə şəhərlərini bombalayıb
https://parstoday.ir/azeri/news/west_asia-i9308-sionist_ordu_livanın_cənubundakı_bəni_həyyan_və_mərkəbə_şəhərlərini_bombalayıb
Livanın Milli Xəbər Agentliyi sionist rejim ordusu tərəfindən ölkənin cənubunda yerləşən Bəni Həyyan və Mərkəbə şəhərlərinin bombalanması barədə xəbər verib.
(last modified 2025-01-05T07:49:59+00:00 )
Yan 04, 2025 11:38 Asia/Baku
  • Sionist ordu Livanın cənubundakı Bəni Həyyan və Mərkəbə şəhərlərini bombalayıb

Livanın Milli Xəbər Agentliyi sionist rejim ordusu tərəfindən ölkənin cənubunda yerləşən Bəni Həyyan və Mərkəbə şəhərlərinin bombalanması barədə xəbər verib.

 

Sionist düşmən qırıcıları cümə günü gecə bu ölkənin cənubunda yerləşən Bəni Həyyan və Mərkəbə şəhərlərini bombalayıblar. 

Qüdsün Əl-Əxbariyyə kanalı Livan mənbələrinə istinadən Livanın cənubundakı Bint Cubeyl qəsəbəsində bir livanlı sionist rejim hərbçilərinin vurduğu güllə nəticəsində yaralandığını xəbər verib və əlavə edib: İşğalçı İsrail rejiminin hərbçiləri təcili yardımların hadisə yerinə çatmasına mane olub.