Əbu Ubeydə: İşğalçıların Qərb sahilinin müqavimətini qırmaq cəhdi məğlubiyyətə məhkumdur
https://parstoday.ir/azeri/news/west_asia-i9344-Əbu_ubeydə_İşğalçıların_qərb_sahilinin_müqavimətini_qırmaq_cəhdi_məğlubiyyətə_məhkumdur
 HƏMAS-ın hərbi qanadının sözçüsü bu bazar ertəsi İordan çayının qərb sahilinin şimalındakı anti-sionist əməliyyatı alqışlayıb və işğalçı rejimin bu bölgədəki müqaviməti məhv etmək səylərini əbəs adlandırıb.
(last modified 2025-01-07T06:38:15+00:00 )
Yan 06, 2025 16:34 Asia/Baku
  • Əbu Ubeydə: İşğalçıların Qərb sahilinin müqavimətini qırmaq cəhdi məğlubiyyətə məhkumdur

 HƏMAS-ın hərbi qanadının sözçüsü bu bazar ertəsi İordan çayının qərb sahilinin şimalındakı anti-sionist əməliyyatı alqışlayıb və işğalçı rejimin bu bölgədəki müqaviməti məhv etmək səylərini əbəs adlandırıb.

 

HƏMAS-ın hərbi qanadı olan Şəhid İzzədin əl-Qəssam Briqadalarının sözçüsü Əbu Ubeydə açıqlamasında vurğulayıb: “İordan çayının qərb sahilinin cəsur qəhrəmanları bir daha sübut etdilər ki, Əl-Əqsa Tufanı döyüşünün içindədirlər, onların müqavimətini qırmaq, yaxud işğalçılar və onların muzdluları tərəfindən Qəzzəni dəstəkləməkdən çəkindirmək üçün bütün mərclər uğursuzluğa məhkumdur.”Əbu Ubeydə deyib: “Düşmən bilməlidir ki, Qəzzə və İordan çayının qərb sahilinə qarşı qırğın və işğalı davam etdirdikcə, öz əsgərlərinin və təcavüzkar qüvvələrinin qanı ilə bunun əvəzini ağır şəkildə ödəyəcək.”İzzəddin Əl-Qəssam Briqadalarının sözçüsü əlavə edib: “Sionist düşmən həmçinin bilməlidir ki, Fələstin xalqı əmin-amanlıq əldə etməyincə bu rejim təhlükəsizlik və əmin-amanlıq görməyəcək.”