Sionist ekspert İranın "Şahid 136 B" PUA-sı qarşısında heyrətə düşüb
https://parstoday.ir/azeri/news/west_asia-i9354-sionist_ekspert_İranın_Şahid_136_b_pua_sı_qarşısında_heyrətə_düşüb
Təhlükəsizlik və hərbi məsələlər üzrə ekspert Nitzan Sadan Sionist Kalkalist internet saytındakı qeyddə deyib: İranın sentyabrın 21-də illik hərbi təlimlər zamanı nümayiş etdirdiyi “Şahid 136 B” PUA-sı beynəlxalq arenada köklü dəyişiklikdir.
(last modified 2025-01-08T06:58:55+00:00 )
Yan 06, 2025 07:58 Asia/Baku
  • Sionist ekspert İranın

Təhlükəsizlik və hərbi məsələlər üzrə ekspert Nitzan Sadan Sionist Kalkalist internet saytındakı qeyddə deyib: İranın sentyabrın 21-də illik hərbi təlimlər zamanı nümayiş etdirdiyi “Şahid 136 B” PUA-sı beynəlxalq arenada köklü dəyişiklikdir.

O vurğulayıb ki, İranın PUA mühəndisliyi adətən öz gözəlliyi və zərifliyi ilə tanınır, lakin bu dron bunun əksidir. Bu hərbi və təhlükəsizlik mütəxəssisi dedi: Düz və uzun olan bu dronun arxasına iki tərəfli "H" şəkilli qanad əlavə edilib və bu qanad PUA-nın daha az mühərrik səyi ilə havada qalma gücünə sahib olmasını təmin edir. Sadan qeyd edib: İranda ucuz qiymətli dronların 2500 kilometr məsafə qət etməyə imkan verən texnologiyaları var, əlavə olaraq onlar yanacaqla dolu olan şişirdilmiş obyekti daşıyırlar, belə görünür ki, 4000 kilometr məsafə qət etmək mümkündür