Yəmən qüvvələri ilə Amerika gəmisi arasında 9 saatlıq qarşıdurma olub
https://parstoday.ir/azeri/news/west_asia-i9428-yəmən_qüvvələri_ilə_amerika_gəmisi_arasında_9_saatlıq_qarşıdurma_olub
Yəmən silahlı qüvvələrinin sözçüsü Qırmızı dənizdə Amerikanın təyyarədaşıyan gəmisi ilə 9 saatlıq qarşıdurma olduğunu elan edib.
(last modified 2025-01-13T08:13:37+00:00 )
Yan 12, 2025 11:34 Asia/Baku
  • Yəmən qüvvələri ilə Amerika gəmisi arasında 9 saatlıq qarşıdurma olub

Yəmən silahlı qüvvələrinin sözçüsü Qırmızı dənizdə Amerikanın təyyarədaşıyan gəmisi ilə 9 saatlıq qarşıdurma olduğunu elan edib.

 

Briqada generalı Yəhya Səri şənbə gecəsi verdiyi açıqlamada ölkənin silahlı qüvvələrinin Qırmızı dənizdə USS Harry Truman ilə beşinci dəfə toqquşduğunu açıqlayıb.

Yəmən silahlı qüvvələrinin sözçüsü əlavə edib: 9 saat davam edən bu qarşıdurmada Amerika gəmisi Qırmızı dənizin şimalında qanadlı raketlər və dronlarla hədəfə alınıb.

O, bu əməliyyatın uğurla həyata keçirildiyini və Amerika gəmisinin Qırmızı dənizin ən şimal hissəsinə qaçdığını bildirib.