Netanyahunun kabinetində Qəzzada əsirlərin mübadiləsi və atəşkəs haqqında razılaşma təsdiqlənib
https://parstoday.ir/azeri/news/west_asia-i9502-netanyahunun_kabinetində_qəzzada_əsirlərin_mübadiləsi_və_atəşkəs_haqqında_razılaşma_təsdiqlənib
Sionist rejim mediası bildirib ki, bu rejimin Nazirlər Kabineti uzun bir iclasdan sonra Qəzzada əsir mübadiləsi və atəşkəs razılaşmasını təsdiqləyib.
(last modified 2025-01-19T08:29:19+00:00 )
Yan 18, 2025 09:36 Asia/Baku
  • Netanyahunun kabinetində Qəzzada əsirlərin mübadiləsi və atəşkəs haqqında razılaşma təsdiqlənib

Sionist rejim mediası bildirib ki, bu rejimin Nazirlər Kabineti uzun bir iclasdan sonra Qəzzada əsir mübadiləsi və atəşkəs razılaşmasını təsdiqləyib.

 

Sionist Radio və Televiziya Təşkilatı 24 nazirin bu razılaşmanın lehinə səs verdiyini, səkkiz nazirin isə ona qarşı çıxdığını elan edib.

Sionist rejimin xəbər kanalları bu razılaşmanın Nazirlər Kabinetinin iclasında beş saatdan çox müzakirə və baxışdan sonra təsdiqləndiyini vurğulayıblar.

Sionist rejim kabinetinin bəyanatında bildirilir ki, “kabinet əsirlərin qaytarılması ilə bağlı razılaşmanı təsdiqləyib”.