Razılaşma çərçivəsində fələstinli məhbusların ilk qrupu azad edilib
https://parstoday.ir/azeri/news/west_asia-i9542-razılaşma_çərçivəsində_fələstinli_məhbusların_ilk_qrupu_azad_edilib
İsraillə əsir mübadiləsi çərçivəsində 90 nəfərdən ibarət fələstinli məhbusların birinci qrupu Ofer həbsxanasından azad edilib.
(last modified 2025-01-21T07:51:19+00:00 )
Yan 20, 2025 09:21 Asia/Baku
  • Razılaşma çərçivəsində fələstinli məhbusların ilk qrupu azad edilib

İsraillə əsir mübadiləsi çərçivəsində 90 nəfərdən ibarət fələstinli məhbusların birinci qrupu Ofer həbsxanasından azad edilib.

 

 

İRNA-nın məlumatına görə, Fələstin mənbələri Əl-Cəzirə telekanalına bildiriblər ki, 90 fələstinli məhbusu daşıyan avtobuslar İordan çayının qərb sahilində Ramallahın qərbindəki Bitoniyaya daxil olub.

 

Əl-Cəzirə həmçinin bildirib ki, Qüdsdən olan qadın məhbuslar ailələrinə azadlıqlarını qeyd etməyə icazə verməyən işğalçı qüvvələrin izdihamı arasında şərqi Qüdsdəki evlərinə qayıdıblar.