Sionist rejim BMT-yə bağlı qurumu Qüdsdən çıxarır
https://parstoday.ir/azeri/news/west_asia-i9616-sionist_rejim_bmt_yə_bağlı_qurumu_qüdsdən_çıxarır
Sionist rejim BMT-yə xəbərdarlıq edib ki, BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) Qüdsdəki fəaliyyətini dayandıracaq və yanvarın 30-dək şəhərdəki bütün binaları boşaldacaq.
(last modified 2025-01-26T06:27:37+00:00 )
Yan 25, 2025 11:08 Asia/Baku
  • Sionist rejim BMT-yə bağlı qurumu Qüdsdən çıxarır

Sionist rejim BMT-yə xəbərdarlıq edib ki, BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) Qüdsdəki fəaliyyətini dayandıracaq və yanvarın 30-dək şəhərdəki bütün binaları boşaldacaq.

 

Sionist rejim cümə günü BMT-dəki nümayəndəsi vasitəsilə BMT-nin Baş katibi Antonio Quterreşə göndərdiyi məktubda Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) Qüdsdəki fəaliyyətini dayandırmalı olduğunu bildirib.

Bu xəbərə görə, sionist rejim UNRWA-ya Qüdsdə fəaliyyət göstərdiyi bütün binaların boşaldılması üçün yanvarın 30-dək vaxt verib.