Ben Qvir HƏMAS-ın tələblərinə təslim olduğu üçün Netanyahunu günahlandırıb
https://parstoday.ir/azeri/news/west_asia-i9630-ben_qvir_hƏmas_ın_tələblərinə_təslim_olduğu_üçün_netanyahunu_günahlandırıb
 İstefa vermiş daxili təhlükəsizlik naziri İtamar Ben Qvir sionist rejimin baş naziri Benyamin Netanyahunu tənqid edərək, İsrailin yüzlərlə silahlı qüvvəni azad etdiyini və bəzi əraziləri HƏMAS-a verdiyini iddia edib.
(last modified 2025-01-27T08:17:01+00:00 )
Yan 26, 2025 10:25 Asia/Baku
  • Ben Qvir HƏMAS-ın tələblərinə təslim olduğu üçün Netanyahunu günahlandırıb

 İstefa vermiş daxili təhlükəsizlik naziri İtamar Ben Qvir sionist rejimin baş naziri Benyamin Netanyahunu tənqid edərək, İsrailin yüzlərlə silahlı qüvvəni azad etdiyini və bəzi əraziləri HƏMAS-a verdiyini iddia edib.

 

Ben Qvir kinayə ilə atəşkəs və israilli əsirlərin azad edilməsi müqabilində fələstinli əsirlərin azad edilməsi tərəfdarlarına deyib: Qəzzaya qarşı müharibəni dayandırın, Netsarimdən və Qəzza zolağının şimalından çəkilin və buldozerlərlə HƏMAS-ın ixtiyarına verin.

O, çıxışının başqa bir hissəsində Qəzza zolağının idarəçiliyinin Fələstin Muxtariyyətinə təhvil verilməsinə inanan qrupa da hücum edib və iddia edib: Qatilləri mükafatlandıran (terrorçu) Fələstin Muxtariyyətinə gözlərinizi yumun.